Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən
Azvision.az -a verilən məlumata görə, hazırda Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisindəki Nəqliyyat Qovşağında məlumat lövhələri quraşdırılıb. Tablolarda həm qovşaq daxilində olan istiqamətlər, həm də kompleks ərazisində yerləşən xidmət sahələri göstərilib. Sürücülər üçün Nəqliyyat Qovşağının, eləcə də Bakı Beynəlxalq Avtovağzal Kompleksinin giriş-çıxış hissələrində qaydaları əks etdirən nişanlar yerləşdirilib.
Qeyd edək ki, bir müddət öncə Nəqliyyat Qovşağından istifadə edən sərnişinlərin rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə pulsuz araba xidməti istifadəyə verilib. Sərnişinlər heç bir məbləğ ödəmədən yüklərini bu arabalar vasitəsilə daşıya bilir.
Azvision.az