87 min qadın məişət zorakılığı zəminində öldürülüb

 87 min qadın məişət zorakılığı zəminində öldürülüb
  23 May 2019    Oxunub:3939
"Təkcə 2017-ci ildə dünya üzrə məişət zorakılığı zəminində 87 min qadın qətlə yetirilib".
Azvision.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Təşkilat-Nəzarət Baş İdarəsinin rəis müavini Sübhi Kazımov "Azərbaycanda qadına qarşı zorakılığın iqtisadi nəticələri" adlı tədbirdə deyib.

Onun fikrincə, məişət zorakılığı problemi təəssüf ki, uzun müddət ərzində öyrənilməyib, gizlədilib və məxfi saxlanılıb. "2018-ci ildə məişət zorakılığı ilə əlaqədar 19 icra sənədi olub. Onlardan 15-nin icrası təmin edilib, 4-ü isə növbəti, yəni 2019-cu ilə keçirilib. İcra sənədlərinin 7-si məhkəmələr tərəfindən verilən uzunmüddətli, 12-i isə yerli icra orqanları tərəfindən verilmiş qısa müddətli orderlərdir. Məişət zorakılığına qarşı aparılan mübarizənin səmərəliliyi daha çox məhkəmə araşdırmalarının keyfiyyətini, zərərçəkmiş şəxslərin ədalətli məhkəmə hüququnun təmin edilməsi, onlara keyfiyyətli hüquqi yardımın göstərilməsindən çox asılıdır. 2017-də Azərbayanda qadın hakimlərin sayı12 faiz olubsa, 2018-ci ildə bu rəqəm 14.9 faiz olub".



S.Kazımov qeyd edib ki, məişət zorakılığı halları ailə üzvləri tərəfindən törədildiyi üçün bir qayda olaraq təkrarlanır.

"Qəbul edilən “Mediasiya haqqında" qanun ailə daxili münasibətlərin mediatorlar vasitəsilə tənzimlənməsi, mübahisələrin həllində mühüm əhəmiyyət kəsb edir. Məişət zorakılığının qarşısının alınması yollarından biri də konfliktin barışıq yolu ilə aradan qaldırılması və ailənin qorunması metodudur. Fikrimcə, məişət zorakılığı qurbanlarının iqtisadi zərərlərinin hesablanması metodologiyasına mənəvi zərərin əmsal kimi əlavə edilməsi məqsədəuyğunluğunun öyrənilməsi də vacibdir".

Aytən Zəhra
Azvision.az


Teqlər: Ədliyyə-Nazirliyi  





Xəbər lenti