Zaqatalada atışmada ölənlərin adları bəlli oldu- YENİLƏNİB

Zaqatalada atışmada ölənlərin adları bəlli oldu- YENİLƏNİB
  25 Noyabr 2013    Oxunub:1250
Azərbaycanın Zaqatala rayonunda baş verən silahlı insident nəticəsində ölənlərdən ikisinin şəxsiyyəti məlum olub.
Onlardan biri Balakən rayonunun Mahmalar kənd sakini, 1981-ci il təvəllüdlü Cəfərov Vasif Rafiq oğlu, digəri 1979-cu il təvəllüdlü Bakı sakini Hüsənov Kamil Şamil oğludur.

Hadisəni törədənlərdən saxlanılan yoxdur. Əməliyyat-axtarış tədbirləri davam etdirilir. Zaqatalanın giriş-çıxışında postlar qurulub, maşınlar yoxlanılır.

Qeyd edək ki, noyabrın 24-də günorta saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhədi avtomobil yolunun Zaqatala rayonunun Yuxarı Tala kəndi ərazisində, yolun kənarında 99 FG 128 dövlət nömrə nişanlı, “Hyundai” markalı maşına avtomatdan atəş açılıb.

Naməlum şəxslər atəş açan zaman avtomobildə 4 nəfər olub. Hadisə nəticəsində onların hamısı yaralanıb. İlkin məlumata görə, xəstəxanaya aparılarkən yaralılardan 3-ü yolda ölüb.

Hadisənin motivi, kim və ya kimlər tərəfindən törədildiyi hələlik məlum deyil.

Atəşə tutulan avtomobilin Balakən rayonunun Qullar kənd sakini, 1991-ci il təvəllüdlü Əliqayev Vüsal Xəlil oğluna məxsus olduğu açıqlanıb.

Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyirlər.

***

Azərbaycanın Zaqatala rayonunda baş verən silahlı insident nəticəsində ölən sonuncu şəxsin də adı məlum olub.

Zaqatala Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə zamanı öldürülən üçüncü şəxs Bakı şəhər sakini Vüqar Natiq oğlu Rəcəbovdur.

APA-nın yerli bürosunun əldə etdiyi məlumata görə, hadisə törədən şəxslər ağ rəngli “VAZ-2107” markalı avtomobildə olublar. Hadisədən sonra onlar ərazidən uzaqlaşıblar.

Atəşə tutulan avtomobildən 1 ədəd “Makarov” tipli tapança və narkotik tapılıb.

Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, noyabrın 24-də günorta saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhədi avtomobil yolunun Zaqatala rayonunun Yuxarı Tala kəndi ərazisində, yolun kənarında 99 FG 128 dövlət nömrə nişanlı, “Hyundai” markalı maşına avtomatdan atəş açılıb.

Naməlum şəxslər atəş açan zaman avtomobildə 4 nəfər olub. Hadisə nəticəsində onların hamısı yaralanıb. İlkin məlumata görə, xəstəxanaya aparılarkən yaralılardan 3-ü yolda ölüb.

Hadisənin motivi, kim və ya kimlər tərəfindən törədildiyi hələlik məlum deyil.

Atəşə tutulan avtomobilin Balakən rayonunun Qullar kənd sakini, 1991-ci il təvəllüdlü Əliqayev Vüsal Xəlil oğluna məxsus olduğu açıqlanıb.

Həyata keçirilən tədbirlər nəticəsində bu gün səhər hadisə zamanı ölənlərdən ikisinin şəxsiyyətini müəyyən etmək mümkün olub. Onlar Balakən rayonunun Mahmalar kənd sakini, 1981-ci il təvəllüdlü Cəfərov Vasif Rafiq oğlu, digəri 1979-cu il təvəllüdlü Bakı sakini Hüsənov Kamil Şamil oğludur.

Hadisəni törədənlərdən saxlanılan yoxdur. Əməliyyat-axtarış tədbirləri davam etdirilir. Zaqatalanın giriş-çıxışında postlar qurulub, maşınlar yoxlanılır.(apa)


Teqlər:  





Xəbər lenti