Heydər Əsədov: “Kimisə planlı şəkildə işdən çıxarmırıq” - EKSKLÜZİV

Heydər Əsədov: “Kimisə planlı şəkildə işdən çıxarmırıq” - EKSKLÜZİV
  25 Noyabr 2013    Oxunub:1110
“Nazirlikdə kadr dəyişikliyini planlı şəkildə aparmırıq. Əgər kimsə işini yaxşı yerinə yetirə bilmirsə, o zaman da lazımi tədbirlər görüləcək”.

Bunu AzVision.az-a eksklüziv açıqlamasında yeni kənd təsərrüfatı naziri Heydər Əsədov həyata keçirdiyi yeni kadr islahatları barədə danışarkən bildirib.

Nazir kadr dəyişikliklərinin planlı şəkildə aparılmadığını qeyd edib:

“Planlı şəkildə mütləq kimisə çıxardacam, kimisə çıxartmayacam deyə elə bir plan yoxdur. Kim işin öhdəsindən gəlir, işini davam etdirir. Kim də tələbata cavab vermir o da çıxıb gedir”.

Qeyd edək ki, bir müddət əvvəl yeni nazirin iki müavini Aslan Aslanov və Bəhram Əliyev tutduqları postdan azad edilib.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti