Dünya ulduzu azarkeşlərə səsləndi: “Bakı finalını qaçırmayın” - (VİDEO)

Dünya ulduzu azarkeşlərə səsləndi:  “Bakı finalını qaçırmayın” - (VİDEO)
  24 May 2019    Oxunub:6229
Portuqaliyalı məşhur futbolçu Luiş Fiqu Avropa Liqasının mayın 29-da Bakıda keçiriləcək final qarşılaşması ilə bağlı video müraciət yayıb.

AzVision.az xəbər verir ki, dünya ulduzu azarkeşlərə final matçını qaçırmamağı tövsiyə edib.
Fiqu deyib: “Əziz dostlar, Bakıda keçiriləcək böyük finala 5 gün qalır. Mən də orada olacağam, Finalı qaçırmayın”.

Qeyd edək ki, Avropa Liqasının 2018/2019-cu illər mövsümünün Bakı Olimpiya Stadionunda keçiriləcək final qarşılaşmasında “Arsenal” və “Çelsi” komandaları üz-üzə gələcək.



Kənan Məmmədov
AzVision.az



Teqlər: Fiqu   Bakı   Final   Avroliqa  





Xəbər lenti