Diri-diri yandılar

Diri-diri yandılar
  11 Mart 2013    Oxunub:1187
Bakıda baş verən yol qəzasında iki nəfər yanaraq ölüb.
Bakıda iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

Paytaxtın Nizami rayonunda “Toyota” markalı minik avtomobili yolun təmir-tikinti işləri aparılan hissəsində qazılmış xəndəyə düşüb və yanıb.
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal hadisə yerinə cəlb olunublar.
Yanğın saat 00:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Daha sonra xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sürücünün və sərnişinin cəsədlərini avtomobildən çıxarılıb. (apa)


Teqlər:





Xəbər lenti