ATƏT-in Bakı Ofisi məktəblərdə kampaniyaya başlayır

ATƏT-in Bakı Ofisi məktəblərdə kampaniyaya başlayır
  25 Noyabr 2013    Oxunub:1108
ATƏT-in Bakı Ofisi bu gündən başlayaraq məktəb şagirdləri və müəllimləri üçün yol hərəkəti təhlükəsizliyinə dair maarifləndirmə kampaniyasına başlayır.
ATƏT-in Bakı Ofisinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Daxili İşlər və Təhsil Nazirlikləri ilə birgə paytaxt Bakının 20 orta məktəbində həyata keçiriləcək tədbirlərdə 2,500-ə yaxın şagird və 250 müəllim iştirakı gözlənilir.

Yerli mütəxəssislər ibtidai sinif müəllimlərinə yol hərəkəti təhlüksizliyi məsələləri ilə yanaşı, praktiki maarifləndirmə yolları və müvafiq internet resurslar haqqında məlumat verəcəklər. Məktəb şagirdləri üçün əsas yol hərəkəti qaydaları haqqında təqdimatlar keçiriləcək. Onların piyada və sərnişin kimi davranışlarına dair məsləhətlər veriləcək. Mütəxəssisləri müşayət edən yol polisi zabitləri isə tədbir iştirakçılarının suallarını cavablandıracaq, lazımi tövsiyələrini verəcək.

ATƏT-in Bakı Ofisinin Siyasi-Hərbi Şöbəsinin rəhbər əvəzi Ömər Kılıc: “Bu kampaniyanın əsas məqsədi əhali arasında yol hərəkəti təhlükəsizliyinə dair maariflənirmə işlərində Azərbaycan hökumətinin səylərinə töhfə vermək və vətəndaş cəmiyyətini bu işdə daha fəal iştiraka təşviq etməkdir.”

Təqdimatlardan sonra məktəblərin həyətlərində keçiriləcək xüsusi tədbir zamanı şagirdlərə qoruyucu kəmərin üstünlüklərini nümayiş etdirən simulyator oturacaq nümayiş olunacaq. Sonda isə iştirakçılara yol hərəkəti təhlükəsizliyinə dair bukletlər və layihənin mesajlarını özündə əks etdirən təşviqat materialları paylanacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti