Rəsulzadənin yubileyi ilə bağlı Rəsmi AÇIQLAMA

Rəsulzadənin yubileyi ilə bağlı Rəsmi AÇIQLAMA
  25 Noyabr 2013    Oxunub:1050
Mədəniyyət və Turizm Nazirliyi, AMEA xüsusi tədbirlər planı hazırlayacaq

“Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi ilə bağlı tədbirlər planı Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində müzakirə olunacaq”.

Bunu AzVision.az-a açıqlamasında akademiyanın İctimaiyytlə Əlaqələr Şöbəsinin müdiri Səyid Hüseynov deyib.

O bildirib ki, bu barədə qərar qəbul olunandan sonra tədbirlər planının hazırlanmasına başlanacaq.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov da öz növbəsində qeyd edib ki, sərəncamın icrası ilə bağlı müvafiq dövlət qurumları öz üzərinə düşən işi yerinə yetirəcəklər:

“Tədbirlər planı hazırlanacaq. İndidən hansı tədbirlərin keçiriləcəyini dəqiq deməkdə çətinlik çəkirəm. Sərəncamda göstərilən müddətdə tədbirlər planı hazır olacaq”.

Xatırladaq ki, prezident İlham Əliyev noyabrın 22-də Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və digər aidiyyəti qurumlara M.Ə.Rəsulzadənin yubileyinə həsr olunmuş tədbirlər planının hazırlanması tapşırılıb.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti