“Arsenal”ın Mxitaryanı satacağı dəqiqləşdi

   “Arsenal”ın Mxitaryanı satacağı dəqiqləşdi
  26 May 2019    Oxunub:5113
İngiltərənin "Arsenal" klubunun erməni futbolçu Henrix Mxitaryanı satacağı dəqiqləşib. Artıq bununla bağlı klub rəhbərliyi qərar qəbul edib.

Azvision.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın “The Daily Star” qəzeti məlumat yayıb.
Bildirilib ki, Mxitaryan “Arsenal”ın Premyer Liqadakı oyunlarında müntəzəm çıxış etməyib və ona bəslənən ümidləri doğrultmayıb. Erməni futblunun çox vaxt ehtiyatda qalması, vacib oyunlarda komandaya dəstək olmaması “Arsenal” rəhbərliyini ciddi düşünməyə vadar edib. Nəticədə yay mövsümündə onun komandadan uzaqlaşdırılacağı nəzərdə tutulur.

Qeyd edək ki, Mxitaryan “Arsenal”dan öncə “Mançester Yunayted”da yaxşı nəticə göstərə bilmədiyi üçün klubdan kənarlaşdırılıb. Artıq “Arsenal” rəhbərliyi də onu transfer etməklə səhvə yol verdiyini anlayıb.

Azvision.az



Teqlər: Mxitaryan  





Xəbər lenti