“Fənərbağça” mövsümü 6-cı pillədə başa vurdu

“Fənərbağça” mövsümü 6-cı pillədə başa vurdu
  27 May 2019    Oxunub:1931
Bu gün Türkiyə Super Liqasında cari mövsümə yekun vurulub.
Azvision.az xəbər verir ki, 34-cü turun son oyununda "Fənərbağça" klubu öz meydanında "Antalyaspor"u qəbul edib.

"Şükrü Saracoğlu" stadionunda baş tutan görüşdə meydan sahibləri 3:1 hesablı qələbə qazanıb. Bu qələbə sayəsində xal sayını 46-ya çatdıran "Fənərbağça" çempionatı 6-cı pillədə başa vurub.

Qeyd edək ki, "Qalatasaray" komandası bu il Türkiyə çempionluğunu qazanıb.

Azvision.az



Teqlər: Fənədbağça  





Xəbər lenti