“Azərenerji” ASC-dən
Azvision.az -a verilən məlumata görə, yeni xəttin çəkilməsi paytaxta birbaşa generasiya mənbəyindən əlavə xəttin gətirilməsini təmin edərək etibarlılığı daha da artırıb. Belə ki, indi Mingəçevir və ya Səngəçaldakı elektrik stansiyalarından qidalanaraq şəhərə daxil olan yüksəkgərginlikli xətlərdə hansısa problem yaranarsa, Şirvan şəhərindəki “Cənub” Elektrik Stansiyasından birbaşa çəkilən yeni xətt Bakı və Abşeron yarmadasının enerji təchizatında xüsusi rol oynayacaq. Bundan əlavə, yeni xətt istismara verildiyinə görə, şəhərə daxil olan digər yüksəkgərginlikli xətləri açmaq və yükü digər xəttin üzərinə keçirməklə şəhərə verilən enerjini dayandırmadan onların üzərində təmir-bərpa işləri aparmaq mümkün olacaq.
İki dövrəli olmaqla 108 kilometr məsafədə, 330 kilovoltluq dayaqlarla çəkilən 220 kilovoltluq “Cənub-Xırdalan” hava xətti gələcəkdə 330 kilovoltluq gərginlik sinfinə keçiriləcək.
Azvision.az