İTV-dən kadr dəyişikliklərinə dair AÇIQLAMA

İTV-dən kadr dəyişikliklərinə dair AÇIQLAMA
  25 Noyabr 2013    Oxunub:2109
İctimai Televiziya və Radio Yayımları Şirkətində kadr dəyişiklikləri olub.

İTV-nin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, İctimai Radionun sabiq proqram direktoru Abbas Rüstəmov vəzifəsindən azad olunub. Onun yerinə AzTV-nin sabiq əməkdaşı Aygül Məmmədova təyin olunub.

Mətbuat xidməti baş verən kadr dəyişiklərinin səbəbini izah edərkən bildirib ki, zərurət olduğundan belə addım atılıb. Yeni kadr dəyişikliklərin olacağına gəlincə, bildirilib ki, bu sualın cavabını ancaq rəhbərlik bilə bilər.

Qeyd edək ki, İctimai Radionun sabiq proqram direktoru Abbas Rüstəmov İctimai televiziyanın proqram direktoru vəzifəsinə keçib. Televiziyanın sabiq proqram direktoru Fuad Vəlixanov isə İTV-də məsləhətçi vəzifəsinə təyin olunub.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti