Bağlanmış banklarda kreditlərin restrukturizasiyası başlayır

Bağlanmış banklarda kreditlərin restrukturizasiyası başlayır
  27 May 2019    Oxunub:3093
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın icrasının təmin edilməsi məqsədilə Əmanətlərin Sığortalanması Fondu tərəfindən ləğvetməsində olan banklarda vaxtı keçmiş kredit borclarının restrukturizasiyası üçün vətəndaşların ərizələri qəbul olunur.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun məlumatında bildirilib.

Qeyd olunub ki, ləğv prosesində olan QSC “Bank Standard” KB, “Texnikabank” ASC, "Dəmirbank" ASC, "Dekabank" ASC, "Yunayted Kredit Bank" ASC, "Qafqaz İnkişaf Bankı" ASC, "Kredobank" ASC, "Atrabank" ASC, "Zaminbank” ASC, "Bank of Azerbaijan" ASC, "Royalbank" ASC, "Gəncəbank" ASC, “Azərbaycan Kredit Bankı” ASC, “Evrobank” ASC, “Birlikbank” ASC, “Debütbank” ASC və "Borçalı" KB-nin müştəriləri ləğv prosesində olan “Dəmirbank” ASC-nin Bakı şəhəri, Qarabağ küçəsi, 31, ünvanında yerləşən “Əməliyyat İdarəsi” filialına vaxtı keçmiş kredit borclarının restrukturizasiyası ilə bağlı müraciət edə bilərlər.

Əlavə məlumat almaq üçün əlaqə nömrələri:

(012) 444-71-71 (daxili: 500).

Azvision.az


Teqlər: Əmanət   Sığorta   Fond  





Xəbər lenti