Yığmanın üzvləri Ficiyə yollanır

Yığmanın üzvləri Ficiyə yollanır
  27 May 2019    Oxunub:2157
01-09 iyun tarixlərində Ficinin paytaxtı Suvada gənclər arasında ağır atletika üzrə dünya çempionatı keçiriləcək.
Azvision.az xəbər verir ki, 51 ölkədən 311 atletin (161 oğlan və 150 qız) iştirak edəcəyi yarışda Azərbaycan yığma komandasının üzvləri də körpücük üzərinə çıxacaqlar.

Ölkəmizi dünya çempionatında iki atlet təmsil edəcək. Bunlar qızlarda 55 kq çəki dərəcəsində Səbinə Əzimova, oğlanlarda isə 102 kq çəki dərəcəsində Əliş Nəzərovdur.

Azvision.az


Teqlər: Fici   Ağıratletika  





Xəbər lenti