Azərbaycan diasporu erməniləri ifşa etdi

Azərbaycan diasporu erməniləri ifşa etdi
  25 Noyabr 2013    Oxunub:975
Nəticədə ermənilərin MIsir festivalında iştirakı qadağan olunub.

Misir Ərəb Respublikasının paytaxtı Qahirə şəhərində Misir Mədəniyyət Nazirliyi tərəfindən Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş "VI Beynəlxalq Səmaa Dini Musiqi Festival"-ında Azərbaycanın da iştirak etdiyi 12 ölkə təmsil olunub.

Festivalın açılış günüdə 3 nəfərdən 2-si erməni olmaqla Rusiyanı təmsil edən iştirakçıların çıxışı azərbaycanlılar tərəfindən ciddi narazılıqla qarşılanıb. Buna səbəb, Avetis Manukyan tərəfindən ifa olunan Azərbaycanın milli musiqi aləti balabanın Ermənistanın nəfəs musiqi aləti kimi təqdim edilməsi olub. Bununla yanaşı, Misir Mədəniyyət Nazirliyi tərəfindən paylanılan xüsusi proqram kitabçasında Rusiya Federasiyasını təmsil edən iştirakçıdan birinin doğulduğu yer kimi Xankəndinin Ermənistan ərazisi kimi qeyd olunması Azərbaycanı təmsil edən nümayəndə heyətinin kəskin etirazına səbəb olub.

Diaspor nümayəndələri bu barədə misirli festival təşkilatçılarına və iştirakçılara məlumat verib, bu məsələ ilə bağlı öz etiraz və iradlarını bildiriblər. Nəticədə ermənilərin bağlanış konsertində iştirakı qadağan olunub.

AzVision.az


Teqlər:  





Xəbər lenti