Bakıda polis özünü asdı

Heydər Əliyev adına Neft Emalı Zavodunun mühafizə polisi idarəsinin polis nəfəri Samir Ələkbərzadə özünü asıb.
Onun meyiti Maştağa-Zabrat yolunda yerləşən yarımçıq tikilidə asılmış vəziyyətdə aşkarlanıb.
S.Ələkbərzadə sintetik kəndirlə özünü evin içərisindəki tirdən asıb. Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.