İcra başçısının müavinini maşın vurdu?

İcra başçısının müavinini maşın vurdu?
  25 Noyabr 2013    Oxunub:1460
Lerik rayonunun icra başçısının və YAP Lerik rayon təşkilatının sədr müavini Cəlil Baxşıyevin bir neçə gün öncə maşın vurması ilə məlumatlar yayılıb.
Lerikdən olan bir neçə oxucunun saytımıza verdiyi xəbərə əsasən, Cəlil Baxşıyev İcra Hakimiyyətinin binasının qarşısından yolu keçərkən hərəkətdə olan VAZ 2106 markalı avtomobil tərəfindən vurulub. Lakin, icra başçısının müavini məsələni şişirtməyib və polisə xəbər vermədən, problemi sürücü ilə öz aralarında həll edib.

Yayıllan xəbərlərdə C.Baxşıyevin ciddi xəsarət almadığı, lakin qəzadan sonra Lənkəran Diaqnostika Mərkəzində müayinə olduğunu qeyd olunub.

AzVision.az Cəlil Baxşıyevin özü ilə əlaqə saxlayaraq məlumatı dəqiqləşdirməyə çalışıb.

İcra başçısının müavini ilk əvvəl tərəddüd etsə də bu xəbərin həqiqətə uyğun olmadığını deyib:

“Bu tamamilə yalnış xəbərdir. Məni nə maşın vurub, nə də belə hadisə baş verib. İndi mən sizinlə danışıramsa, deməli hər şey yaxşıdır”-deyə, C.Baxşıyev əlavə edib.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti