ABŞ-ın daha bir ştatında “Azərbaycan Günü” elan edilib
Vurğulanır ki, Azərbaycan ABŞ-ın müttəfiqi və strateji tərəfdaşıdır. Qubernator Pretzker imzaladığı bəyannamədə 2019-cu il 28 may tarixini İllinoys ştatında Azərbaycan Günü elan edib və ştatın sakinlərini Azərbaycan icmasının töhfəsini təqdir etməyə çağırıb.
Bundan əlavə, İllinoys ştatından olan senator Temmi Dakuort Azərbaycan Demokratik Respublikasının yaranmasının 101-ci ildönümü münasibətilə İllinoys Azərbaycan icmasının üzvlərinə təbrik məktubu göndərib.
Təbrik məktubu ABŞ-ın Orta Qərb ştatları üzrə Azərbaycan mərkəzinə ünvanlanıb. Məktubda vurğulanır ki, bu təşkilatın fəaliyyəti, onun həyata keçirdiyi təhsil və xeyriyyə tədbirləri Çikaqonun ictimai həyatını zənginləşdirir. Müraciətdə xanım Dakuort həmçinin Azərbaycan xalqına təbriklərini çatdırdığını və müstəqil Azərbaycanın qurucularının bu işdə töhfəsini xatırladığını bildirir.
Azvision.az