“Çelsi” Bakıda çempion oldu - FOTOLAR (YENİLƏNİB)

“Çelsi” Bakıda çempion oldu -  FOTOLAR (YENİLƏNİB)
  30 May 2019    Oxunub:9805
UEFA Avropa Liqasının final qarşılaşması keçirilib.
Azvision.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda iki London klubu - “Çelsi” və “Arsenal” çempionluq uğrunda mübarizə aparıblar.

Oyunun ilk hissəsi maraqlı anlarla yadda qalıb. Komandalar hesabı açmağa yaxın olsalar da, 45 dəqiqədə qapılaraq qol vurulmayıb.

***
Matçın ikinci hissəsində “Çelsi” hesabı açıb. Jiru 49-cu dəqiqədə baxımlı qolla komandasına üstünlük qazandırıb.

60-cı dəqiqədə “Çelsi”nin futbolçusu Peqro fərqlənib. 65-ci dəqiqə isə Eden Hazard 11 metrlik cərimə zərbəsini səhvsiz yerinə yetirib.

***
Gərgin idman mübarizəsi şəraitində keçən görüşün 69-cu dəqiqəsində "Arsenal" vurulan toplardan birinin əvəzini çıxıb. Az keçmədən matçda növbəti qol qeydə alınıb.

***
Görüşün 72-ci dəqiqəsində Eden Hazard dubl edib. Qalan dəqiqələrdə qapılara top vurulmayıb.

Hakimin təyin etdiyi 3 dəqiqə əlavə vaxtdan sonra final oyunu başa çatıb. Belə ki, Bakı finalında 4:1 hesablı qələbə qazanan “Çelsi” Avropa Liqasının qalibi olub.

Final matçından sonra qaliblər mükafatlandırılıb.

Qeyd edək ki, final oyununu italiyalı referi Canluka Rokki idarə edib. Avropa Liqası tarixində ilk dəfə bu oyunda videonəzarət (VAR) sistemindən istifadə olunub.

























Azvision.az



Teqlər: Çelsi   Arsenal   Avroliqa  





Xəbər lenti