YAP-ın 21 yaşı qeyd olunub

YAP-ın 21 yaşı qeyd olunub
  25 Noyabr 2013    Oxunub:1193
Bu gün Yeni Azərbaycan Partiyasının 21-ci ildönümü münasibətilə Gəncə şəhər İcra Hakimiyyətində tədbir keçirilib.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı, YAP Gəncə şəhər Təşkilatı İdarə Heyətinin üzvü Elmar Vəliyev Yeni Azərbaycan Partiyasının çətin və şərəfli yol keçdiyini bildirib.

Daha sonra tədbirdə iştirak edən AMEA Gəncə bölməsinin direktoru, Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının İdarə Heyətinin üzvü, akademik Fuad Əliyev, Yeni Azərbaycan Partiyasının veteran üzvü, professor Cəmil Hacıyev və Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev, Elmi Tədqiqat Bitki Mühafizə İnstitutunun direktoru, akademik Siddiqə Məmmədova çıxışlarında Yeni Azərbaycan Partiyasının ölkənin ən nüfuzlu siyasi qüvvəsinə çevrilməsində partiyanın yaradıcısı və qurucusu Heydər Əliyevin tarixi xidmətlərindən danışıblar.

Tədbirdə Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatı yarandığı gündən partiya sıralarına ilk daxil olmuş və şəhərin ictimai-siyasi həyatında fəal iştirak etmiş veteran üzvlərinə Fəxri Fərman və qiymətli hədiyyələr təqdim edilib.

Keçirilən yığıncaqda Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev YAP Gəncə şəhər Təşkilatının 30 mininci üzvü Məmmədova Əzizə İsmayıl qızına partiya vəsiqəsini təqdim edib və ona hədiyyə olaraq noutbuk bağışlayıb.


Teqlər:





Xəbər lenti