Müəllimlərin işə qəbulu üzrə müsabiqə vaxtı açıqlandı

Müəllimlərin işə qəbulu üzrə müsabiqə vaxtı açıqlandı
  31 May 2019    Oxunub:2779
Müəllimlərin işə qəbulu müsabiqəsinə elektron sənəd qəbulu iyunun 24-də başlayacaq.
Azvision.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə bildirib. Onun sözlərinə görə, sənəd qəbulu iyulun 4-dək davam edəcək.

"Müəllimlərin işə qəbulu prosesi 4 mərhələdə həyata keçirilir. Birinci mərhələ elektron sənəd qəbulu, ikinci mərhələ
test imtahanı, üçüncü mərhələ vakansiya seçimi və dördüncü mərhələ müsahibədir. 2018-ci ildə 39 min insan, 2017-ci ildə isə 37 min insan test imtahanı mərhələsində iştirak edib".

M.Camalzadə qeyd edib ki, avqustun 26-da müsabiqənin aktiv mərhələsi başa çatacaq. O, əlavə edib ki, müəllimlərin işə qəbulu prosesi bütün tədris ilində davam edir. Cari tədris ilində 4053 nəfər müddətsiz müqavilə ilə işə götürülüb.

"Müsabiqədən sonra tutulmayan yerlər qalır və ya yeni yerlər yaranır. Həmin yerlərə qəbul mərkəzləşmiş şəkildə həyata keçirilir və bu il də proses davam edəcək. Cari tədris ilindən başlayaraq 17 dəfə müxtəlif məktəblərə müddətli müqavilə müəllimlərin işə qəbul həyata keçirilib. Belə müddətli müqavilə ilə 4500 müəllim işə qəbul olunub. Prosesin gedişatı nəticəsində müddətli müqavilə ilə işləyən müəllimlərin müqaviləsi daimiləşir",

Aytən Zəhra
Azvision.az


Teqlər: Müəllim   Müsabiqə   Təhsil-Nazirliyi  





Xəbər lenti