Kuarejma Bakıda nazirlə görüşdü: “Bura çox xoşuma gəlir”

Kuarejma Bakıda nazirlə görüşdü:  “Bura çox xoşuma gəlir”
  31 May 2019    Oxunub:4187
Türkiyənin "Beşiktaş" klubunun və Portuqaliya milli komandasının futbolçusu Rikardu Kuarejma Bakıya gəlib.

Azvision.az xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi bu gün gənclər və idman nazir Azad Rəhimov və azarkeşlərlə görüşüb.
A.Rəhimov onun ölkəmizdə olmasından məmnunluğunu ifadə edib. Azərbaycanda Avropa Liqasının final qarşılaşması kimi böyük futbol matçının uğurla təşkil edildiyini xatırladan nazir, futbolçunun ölkəmizə gəlişinin də yerli azarkeşləri çox sevindirdiyini vurğulayıb. O, Kuarejmanın səfərinin Azərbaycanı gəzmək məqsədi daşıdığını deyib.

Futbolçu səfərindən məmnun qaldığını, eyni zamanda burada çox gözəl qarşılandığını qeyd edib. Kuarejma "Beşiktaş"ın onun evi olduğunu, orada çıxışına davam edəcəyini bildirib. O, səhhəti icazə verənə, özünü yaxşı hiss edənə qədər futbolçu karyerasını davam etdirəcəyini deyib:



"Hazırda "Beşiktaş"la müqaviləm var. Hər şey baş məşqçidən asılıdır. Mən pulla satılacaq insan deyiləm. Türkiyədə ancaq "Beşiktaş"da oyanacağam. Karyeramı Azərbaycanda davam etdirməyə gəlincə, gələcəkdə nələr olacağını demək olmaz. Əvvəllər də Bakıda olmuşam. Bura mənim çox xoşuma gəlib. Yenidən Azərbaycanı gəzməyə gəlmişəm. Azərbaycanda keçirlən Avropa Liqasının final oyununu izlədim. Çox gözəl matç oldu".



Sonra nazir A.Rəhimov futbolçuya Azərbaycan və Portuqaliya arasında münasibətlərin inkişafına və futbola verdiyi töhfəyə görə diplom təqdim edib. Sonda məşhur futbolçu azarkeşlərlə xatirə şəkli çəkdirib.

Qeyd edək ki, Rikardu Kuarejma 2009-2010 mövsümündə İtaliya "İnter"inin heyətində Çempionlar Liqasının qalibi, 2016-cı ildə isə Portuqaliya millisinin üzvü kimi Avropa çempionu olub.

Aytən Zəhra
Azvision.az



Teqlər: Kuarejma   Azad-Rəhimov  





Xəbər lenti