Portuqaliyalı ulduz futbolçu Bakıya gəzməyə gəlib

  31 May 2019    Oxunub : 2054
Portuqaliyalı ulduz futbolçu Bakıya gəzməyə gəlib
"Azərbaycana yeni gəlməyimə baxmayaraq, qısa müddətdə Bakını çox bəyəndim. Bura inanılmaz dərəcədə gözəldir".
Azvision.az xəbər verir ki, bunu ölkəmizdə səfərdə olan Portuqaliya millisinin və Türkiyənin "Beşiktaş" klubunun futbolçusu Rikardo Kuarejma azərbaycanlı jurnalistlərə açıqlamasında deyib.

O, Azərbaycana səfərinin bir neçə günlük olduğunu qeyd edib: "Dəqiq müddəti deyə bilmərəm. Burada olduğum müddətdə həyat yoldaşıma vaxt ayırıb, şəhəri gəzəcəyəm, azərbaycanlılarla yaxından tanış olmağa çalışacağam. Bakıya heyranam və hər zaman tətil üçün bura gəlməyə hazıram".

36 yaşlı yarımmüdafiəçi "Beşiktaş"la müqaviləsinin olduğunu və bu klubdan ayrılmaq istəmədiyini vurğulayıb. Kuarejma "Qalatasaray"dan təklif gələcəyi halda qəbul etməyəcəyini deyib: "Beşiktaş"da çox xoşbəxtəm. Klub prezidenti və rəhbərlikdən mənə heç nə deyilməyib. Bu komandanı çox sevirəm. Türkiyədə yalnız bir "Beşiktaş"da oynacağam".

Aytən Zəhra
Azvision.az

Teqlər: RikardoKuarejma