Azərbaycan idmançısı Avropa çempionu oldu

Azərbaycan idmançısı Avropa çempionu oldu
  01 İyun 2019    Oxunub:1907
Sablya üzrə milli komandamızın üzvü Anna Başta Bolqarıstanın Plovdiv şəhərində keçirilən 23 yaşadək qılıncoynadanların Avropa çempionatında qızıl medal qazanıb.
Azvision.az xəbər verir ki, qrup mərhələsində keçirdiyi 6 görüşdən 5-ni qalib başa vuran Anna 1/16 finalda Polşa idmançısı Zuzanna Şesleri 15:6 hesabı ilə məğlub edib.

1/8 finalda ispan Elena Hernandez Munoza 15:8 hesabı ilə qalib gələn sablyaçımız 1/4 finalda Macarıstan təmsilçisi Kern Biankanı 15:3 hesabı ilə məğlub edib.

Anna Başta yarımfinalda belaruslu Kaspiaroviç üzərində 15:10 hesablı qələbə qazanıb. Qılıncoynadanımız finalda İtaliya idmançısı Lusia Lukarinini məğlub etməklə 23 yaşadək qadın sablyaçılar arasında Avropa çempionu olub.

Azvision.az



Teqlər: Avropa-Çempionatı  





Xəbər lenti