Azərbaycanda hər gün təxminən 427 uşaq dünyaya gəlir

 Azərbaycanda hər gün təxminən 427 uşaq dünyaya gəlir
  01 İyun 2019    Oxunub:2757
Azərbaycan əhalisinin 25 faizini 14-29 yaşda olan gənclər təşkil edir və onların da yarıdan çoxu şəhərlərdə yaşayır.
Dövlət Statistika Komitəsindən Azvision.az -ın sorğusuna cavab olaraq bildirilib ki, əhalinin 65 və daha yuxarı yaşda olan hissəsi 6.8 faizdir. Əhalinin ümumi sayının 22,4 faizini 0-14 yaşda olan əhali təşkil edir.

Məlumata əsasən, son 5 ildə ölkədə orta hesabla 16 min nəfər və ya hər gün təxminən 427 uşaq dünyaya gəlib. Ölkənin hər 1000 nəfərinə hesab ilə doğum səviyyəsi 2018-ci ildə 14,2 nəfər olub.

Hazırda ölkədə uşaq doğmaq qabiliyyətinə malik olan qadınların hər birinə bütün ömrü boyu orta hesabla 1,8 uşaq düşür.

Aytən Zəhra
Azvision.az


Teqlər: Əhali  





Xəbər lenti