Məşhur futbolçu yol qəzasında öldü

  01 İyun 2019    Oxunub : 2509
Məşhur futbolçu yol qəzasında öldü
İspaniya millisinin sabiq üzvü Xose Antonio Reyes avtomobil qəzasında həlak olub.

Azvision.az xəbər verir ki, 35 yaşlı futbolçu qəza zamanı aldığı xəsarətlərdən dünyasını dəyişib. Bununla bağlı “Sevilya” klubunun rəsmi “Tvitter” hesabında məlumat verilib.
Qeyd edək ki, Reyes karyerası ərzində “Real Madrid”, “Sevilya”, “Arsenal”, “Atletiko”, “Benfika” kimi klublarda oynayıb, 22 dəfə İspaniya millisində çıxış edib.

Azvision.az

Teqlər: Futbolçu   Qəza   Reyes