Türkiyə Futbol Federasiyasına yeni prezident seçildi

Türkiyə Futbol Federasiyasına yeni prezident seçildi
  01 İyun 2019    Oxunub:1974
Türkiyə Futbol Federasiyasının (TFF) yeni prezidenti məlum olub.
Azvision.az xəbər verir ki, bu gün keçirilən seçkinin nəticələrinə əsasən, Nihad Özdemir 179 səs toplayaraq TFF prezidenti seçilib.

Onun formalaşdırdığı 14 nəfərdən ibarət idarə heyətinin üzvləri arasında tanınmış futbolçu Həmid Altıntop da var.

Qeyd edək ki, TFF-nin bundan əvvəlki prezidenti Yıldırım Demirören fevralda istefa vermişdi.



Azvision.az


Teqlər: Türkiyə   Futbol  





Xəbər lenti