Neymar zorlamada ittiham olunur

Neymar zorlamada ittiham olunur
  02 İyun 2019    Oxunub:1943
PSJ klubunun futbolçusu Neymar təcavüzdə ittiham olunur.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, adı gizli saxlanılan qadın San-Pauludakı polis idarələrindən birinə gedərək braziliyalı futbolçudan şikayət edib.

Həmin qadın Neymarla "İnstagram"da tanış olduğunu, Parisdə oteldə görüşərkən təcavüzə məruz qaldığını bildirib.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır. Neymar isə bu mövzuda danışmaq istəmədiyini söyləyib.

Azvision.az



Teqlər: Neymar  





Xəbər lenti