Polislər iki nəfərin həyatını xilas etdi - FOTOLAR

Polislər iki nəfərin həyatını xilas etdi -    FOTOLAR
  03 İyun 2019    Oxunub:2552
Gecə saat 1 radələrində Ağcabədi rayon Boyat kəndi ərazisində yerləşən yanacaq doldurma məntəqəsinin ətrafında izdiham yaranıb. Məntəqənin yanacaq saxlama anbarında iki nəfər huşsuz halda yıxılıb qalıb. Onlardan biri məntəqənin işçisi, digəri isə onu anbardan xilas etməyə çalışan məntəqə sahibi olub.
DİN-dən Azvision.az -a verilən məlumaat görə, izdiham getdikcə artırdı, ancaq anbara daxil olmaq mümkün deyildi. Ərazidə xidmət aparan Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları, polis serjantları Elman Təhməzov və Nəriman Əliyev izdihamın olduğu yerə yaxınlaşaraq mövcud vəziyyəti öyrəniblər.



Vaxt az, həmin şəxsləri isə oradan xilas etmək həddən artıq riskli görünürdü. Buna baxmayaraq polis əməkdaşları zəhərli qazla dolmuş anbarın içərisinə daxil olaraq huşsuz halda yıxılıb qalmış vətəndaşları oradan sağ-salamat çıxarmağa nail olublar. Vətəndaşları xilas edən zaman polis əməkdaşları özləri də zəhərlənərək huşunu itirib.



Daha sonra kənd sakinlərinin köməkliyi sayəsində onlar təcili tibbi yardım vasitəsi ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırlıblar. Həkimlərin səyi nəticəsində həm vətəndaşların, həm də polis əməkdaşlarının həyatını xilas etmək mümkün olub. Hazırda onların vəziyyəti qənaətbəxşdir. Polis əməkdaşlarının səhhəti yaxşılaşdıqdan sonra ilk soruşduqları vətəndaşların vəziyyəti olub.



Ağcabədi rayon Şərəfxanlı kənd sakinləri Tofiq Cəfərov və Əmrah Əliyev onları xilas edən polis əməkdaşlarına öz minnətdarlıqlarını bildiriblər.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti