TQDK müəllim və valideynləri görüşə çağırdı

TQDK müəllim və valideynləri görüşə çağırdı
  26 Noyabr 2013    Oxunub:1039
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsil müəssisələrinə yüksək balla qəbul olmuş gənclərin təcrübəsinin öyrənilməsi, təbliği, onların ictimaiyyətə tanıdılması və rəğbətləndirilməsi üçün silsilə tədbirlər həyata keçirəcək.

TQDK-nın mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, bu istiqamətdə yaxın günlərdə respublikanın regionlarında prezident təqaüdünə layiq görülmüş gənclərin valideynləri, müəllimləri, həmçinin şagirdləri qəbul imtahanlarında 600-dən yuxarı bal toplayan məktəblərin rəhbərləri ilə görüşlər keçiriləcək.

Bölgələrdə tədbirlər TQDK-nın regional bölmələri vasitəsilə təşkil olunacaq. Görüş iştirakçılarına 600-dən çox bal toplayan gənclər haqqında məlumatların əks olunduğu “Abituriyent” jurnalının 11-ci sayı və müxtəlif hədiyyələr təqdim olunacaq. Tədbirlərin keçirilmə qrafiki komissiyanın internet saytında yerləşdirilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti