Gülər Əhmədovanın vəziyyəti yaxşı deyil
O, bildirib ki, istintaqı aparan müstəntiqlə birlikdə martın 9-da axşam G. Əhmədovanı dindirmək üçün təcridxanaya gediblər, lakin G. Əhmədovanın vəziyyəti pisləşdiyindən dindirmə baş tutmayıb: “Həmin vaxt Gülər xanımın vəziyyəti pisləşdi. Ürək tutmaları olurdu. Ona tibbi yardım göstərildi. Dindirmə isə baş tutmadı. Müstəntiq də gördü ki, vəziyyəti yaxşı deyil”.
Qeyd edək ki, G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2 və 307.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.(apa)