Türkiyədə 6 min məsciddə Qarabağ azanı səslənəcək

Türkiyədə 6 min məsciddə Qarabağ azanı səslənəcək
  26 Noyabr 2013    Oxunub:1335
Xocalı soyqırımının növbəti ildönümündə Türkiyədə 6 minə yaxın məsciddə Qarabağ azanı səslənəcək.

AzVision.az xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Elşad İsgəndərov məlumat verib.

Komitə sədrinin sözlərinə görə, bununla bağlı Türkiyə tərəfi ilə razılıq əldə edilib.

“Ermənistanın Qarabağı işğal etməzdən öncə Qarabağda oxunan sonuncu azanın səs yazısını tapıb Xocalı soyqırımının ötən ilki ildönümündə cəbhə xəttinə yaxın yerdə səsləndirdik. Biz bu azana “Qazi Qarabağ azanı” adı verdik. 2014-cü ildə də Türkiyənin Diyanət İşləri Başqanlığıba bağlı olan 6 min yaxın məsciddə həmin azan səsləndirəcək. Bu məsələ ilə bağlı artıq Türkiyə ilə anlaşmışıq”-deyə, E.İsgəndərov qeyd edib.

Sevinc İltifatqızı


Teqlər:





Xəbər lenti