“Zirə”dən ayrılan futbolçu “Sumqayıt”a keçdi

“Zirə”dən ayrılan futbolçu “Sumqayıt”a keçdi
  04 İyun 2019    Oxunub:1736
"Sumqayıt" klubu 2019/2020 mövsümü üçün ilk transferini reallaşdırıb.
Azvision.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi "Zirə" ilə yollarını ayıran Vüqar Mustafayevi heyətinə cəlb edib.

25 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb. Mustafayev yeni klubunda 6 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Vüqar Mustafayev “Zirə” ilə yanaşı (79 oyun, 1 qol), “Bakı” (16 oyun), “Simurq” (13 oyun) və “Qarabağ”ın (6 oyun) uğurları üçün çalışıb. U-21 (8 oyun) və Azərbaycan millisinin də (1 oyun) formasını geyinmiş V.Mustafayev U-23 yığmasının heyətində IV İslam Həmrəylik Oyunlarının qalibi olub.

Azvision.az



Teqlər: Sumqayıt   Zirə  





Xəbər lenti