Özil Bakıda Emerini tənqid edib: “Sən məşqçi deyilsən”

   Özil Bakıda Emerini tənqid edib:    “Sən məşqçi deyilsən”
  04 İyun 2019    Oxunub:4764
"Arsenal" klubunun türk futbolçusu Məsut Özil UEFA Avropa Liqasının Bakıda keçirilən final oyununda baş məşqçi Unai Emerini tənqid edib.

Azvision.az xəbər verir ki, bu barədə "Hürriyət" məlumat yayıb. Bildirilib ki, matçın 77-ci dəqiqəsində əvəzlənən Özil ehtiyat oyunçular skamyasında oturan zaman ispan mütəxəssisdən narazılığını ifadə edib və Emeriyə “Vallah, sən məşqçi deyilsən” deyib.
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçirilən final görüşü "Çelsi"nin "Arsenal" üzərində 4:1 hesablı qələbəsilə başa çatıb.

Azvision.az




Teqlər: Məsut-Özil   Arsenal  





Xəbər lenti