Güləşçimiz İspaniyada rusiyalı idmançını məğlub edib

Güləşçimiz İspaniyada rusiyalı idmançını məğlub edib
  04 İyun 2019    Oxunub:1785
İspaniyanın Pontevedra şəhərində gənc güləşçilər arasında Avropa çempionatı davam edir.
Azvision.az xəbər verir ki, çempionatda 60 kiloqram çəki dərəcəsində çıxış edən güləşçimiz Əsgər Əlizadə mübarizəyə səkkizdəbir final mərhələsindən qoşulub. Təmsilçimiz qitə birinciliyinə inamlı qələbə ilə start verib.

Güləşçimiz birinci qarşılaşmada Rumıniya idmançısını elə ilk hissədə məğlub edib. Ardınca rusiyalı rəqibinə də qalib gələn idmançımız yarımfinala yüksəlib. Güləşçimizin növbəti rəqibi Bolqarıstan təmsilçisi olacaq.

Azvision.az



Teqlər: Güləş   İspaniya   Avropa-Çempionatı  





Xəbər lenti