Güləşçimiz erməniyə qalib gəlib medal qazandı

 Güləşçimiz erməniyə qalib gəlib medal qazandı
  05 İyun 2019    Oxunub:2548
Bu gün İspaniyanın Pontevedra şəhərində gənc güləşçilər arasında Avropa çempionatı start götürüb.
Azvision.az xəbər verir ki, ilk yarış günündə 55, 63, 77, 97 və 130 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizə aparıb.

Təmsilçimiz Zaur Əliyev Avropa çempionatına iddialı start verib. Güləşçimiz ilk görüşdə Bolqarıstan idmançısına ilk hissə bitmədən qalib gəlib. Əliyev növbəti görüşü də vaxtından əvvəl qələbəylə başa vurub.

Zaur 1/4 finalda Danimarka təmsilçisinə gücünü göstərərək adını yarımfinala yazdıran ilk güləşçimiz olub. Finalın bir addımlığında Gürcüstan təmsilçisiylə qarşılaşma gərgin mübarizə şəraitində keçib. Həmyerlimiz 3:2 önə keçsə də, son dəqiqədə müdafiədə buraxdığı səhv ucbatından görüşdən məğlub ayrılıb.

Əliyev iyunun 4-də bürünc medal uğrunda güləşib. Prinsipial görüşdə Ermənistan güləşçisiylə qarşılaşan Zaur qələbə qazanaraq Avropa 3-cüsü olub və qitə birinciliyində ilk medalımızı əldə edib.

Azvision.az


Teqlər: Güləş   Avropa-Çempionatı  





Xəbər lenti