Azərbaycan-Macarıstan oyununun hakimləri

Azərbaycan-Macarıstan oyununun hakimləri
  05 İyun 2019    Oxunub:1967
Avro-2020-nin seçmə mərhələsində iyunun 8-də, saat 20:00-da, “Bakcell Arena”da keçiriləcək Azərbaycan - Macarıstan oyununun hakimləri müəyyənləşib.
Azvision.az -ın məlumatına görə, matçı hollandiyalı hakimlər briqadası idarə edəcək.

Baş hakim Kevin Blom olacaq. Onun köməkçiləri Bas van Dongen və Johan Balder, dördüncü hakim isə Serdar Gözübüyükdür.

Azvision.az





Teqlər: Azərbaycan   Macarıstan  





Xəbər lenti