Nazirlik "Online fikir bankı"nı yaratdı

Nazirlik  "Online fikir bankı"nı yaratdı
  26 Noyabr 2013    Oxunub:1206
Bundan sonra gənclər yeni ideyalarını online fikir bankında yerləşdirə biləcəklər.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ölkənin inkişafı yönümündə gənclər tərəfindən irəli sürülən fikir və ideyaların bir yerə toplanması məqsədi ilə gənclər üçün yeni "Online fikir bankı" adlı layihəyə start verir.

www.fikirbanki.az saytına daxil olmaqla Gənclərin irəli sürdükləri fikir və ideyaları açıq istifadə üçün yerləşdiriləcəkdir. Bu təkliflərdən bütün cəmiyyət, o cümlədən dövlət, beynəlxalq və özəl təşkilatlar faydalana biləcəklər.
Online fikir bankında aşağıdakı bölçələr fəaliyyət göstərir:
- Sosial Xidmətlər
- İqtisadiyyat
- Təhsil
- Əyləncə
- Media
- Rabitə Və Telekommunikasiya
- Tibb Və Sağlamlıq
- Ətraf Mühit
- Nəqliyyat
- Milli-Mədəni Irs
- Turizm
- Mədəniyyət

Veb saytda “Ayın qalibi” adlı xüsusi bölmə yaradılıb ki, buarada qalib olan gənclər Gənclər və İdman Nazirliyinin və tərəfdaş təşkilatların diplomları və qiymətli hədiyyələri ilə mükafatlandırılacaqlar. "Online fikir bankı" layihəsi gənclərin müzakirələr aparmaları üçün əlverişli platforma rolunu oynayacaq və cəmiyyətdə gənclərin mövqelərinin möhkəmlənməsinə şərait yaradacaqdır.

Qeyd etmək lazımdır ki, "Online fikir bankı" layihəsi 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi çərçivəsində “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”na müvafiq olaraq həyata keçirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti