“Sənətkarlar şəhəri” - Lahıcdan FOTOREPORTAJ

“Sənətkarlar şəhəri” - Lahıcdan  FOTOREPORTAJ
  26 Noyabr 2013    Oxunub:2163
Lahıc Azərbaycanın ən qədim yaşayış məskənlərindəndir. Bura daha çox sənətkarlıq nümunələri ilə məşhurdur. Lahıc hətta XVIII-XIX əsrlərdə Azərbaycanın misgərlik və silah istehsalı mərkəzlərindən olub.

O dövrdə Lahıcda 100-dən artıq sənət növü – misgərlik, dabbaqlıq, çəkməçilik, papaqçılıq, sərraclıq, dəmirçilik, həkkaklıq, qalayçılıq, dulusçuluq, dərzilik və bu kimi sənət sahələri geniş vüsət alıb.

Lahıc demək olar ki, İsmayıllının digər kənd və qəsəbələrinin bir sıra spesifik xüsusuyyətlərinə görə seçilir. Lahıc Azərbaycanın “sənətkarlar şəhəri” hesab edilir.

Bu kənddə hazırda misgərlərlik, dəmircilik, xalçaçılıq ve nalbənd sənəti daha populyardır. Lahıc həm də turizm baxımından İsmayıllının ən gözəl, tarixi güşələrindəndir. Bura yerli sakinlərlə yanaşı daha çox əcnəbi turistlər maraq göstərir.

Yay mövsümündə bura ayaq bassanız dünyanın dörd bir yerindən turistə rast gəlmək olar. Qışda isə Lahıc elə bil qəm dəryasına qərq olur. Kənddə işsizlik və kommunal problemlər ucbatından yerli sakinlər əsasən rayon mərkəzinə və paytaxt Bakıya üz tutmalı olurlar.

Elnur Muxtar

Qalereya




Teqlər:  





Xəbər lenti