“Qarabağ” Miçellə yeni müqavilə bağladı

  07 İyun 2019    Oxunub : 570
“Qarabağ” Miçellə yeni müqavilə bağladı
“Qarabağ” klubu Miçellə yeni müqavilə bağlayıb.
Azvision.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi daha iki il Ağdam təmsilçisinin formasını geyinəcək.

Qeyd edək ki, 2015-ci ildən “Qarabağ”da çıxış edən Miçel 144 oyunda 29 qol vurub. Futbolçu 4 dəfə Topaz Premyer Liqası, 2 dəfə isə Azərbaycan kubokunun qalibi olub.

Azvision.az


Teqlər: Qarabağ   Miçel