Budapeşt Qran-Prisində ölkəmizi 17 cüdoçu təmsil edəcək

Budapeşt Qran-Prisində ölkəmizi 17 cüdoçu təmsil edəcək
  08 İyun 2019    Oxunub:1955
Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək cüdo üzrə Qran-Pri yarışlarında iştirak edəcək Azərbaycan millisinin heyəti açıqlanıb.
Azvision.az xəbər verir ki, ölkəmizi kişilərin yarışında Tofiq Məmmədov, Əhməd Yusifov (hər ikisi 60 kq), İsmayıl İbrahimov, İbrahim Əliyev (hər ikisi 66 kq), Rüfət Məmmədov, Telman Vəliyev (hər ikisi 73 kq), Araş Ağayi (81 kq), Aliumar Tumayev, Tural Safquliyev (hər ikisi 90 kq), Leso Kvirikaşvili (100 kq) və Ayxan Cəfərov (100 kq-dan yuxarı) təmsil edəcəklər.

Qadınların mübarizəsində isə Aişə Qurbanlı, Leyla Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq), Aleksandra-Larisa Florian, İçinkorloo Münxtsedev (hər ikisi 57 kq) və İrina Kindzerska (78 kq-dan yuxarı) medallar uğrunda yarışacaqlar.

İyulun 12-14-də keçiriləcək turnirdə 68 ölkədən 500 cüdoçu iştirakı edəcək.

Azvision.az



Teqlər: Cüdo   Qran-Pri  





Xəbər lenti