Aksiyaçılar azadlıqda

Aksiyaçılar azadlıqda
  11 Mart 2013    Oxunub:1626
100-ə yaxın aksiya iştirakçısı sərbəst buraxılıb.
Bakının mərkəzində dünən keçirilmiş “Əsgər ölümlərinə son” aksiyasında tutulanların bir neçəsi bu gün məhkəmə qarşısına çıxarılacaq.

Səbail Rayon Polis İdarəsində saxlanılan AXCP üzvləri Təzəxan Mirələmli, Türkel Əlisoy, Aqil Əliyev, Vüsal Bayramov,Zaur Məmmədov, Renat Nəcəfov, Tofiq Dadaşov, Nihad Hüseyn, Məhəmməd Məcidli, Babək Həsənov, Ənvər Hüseynli və Elşən Ağayevin işlərinə məhkəmədə baxılacaq. Ümumilikdə isə ötən gün saxlanılan 100-ə yaxın aksiya iştirakçısı sərbəst buraxılıb.

Xatırladaq ki, ötən gün orduda əsgər ölümlərinə etiraz olaraq keçirilməsi planlaşdırılan aksiya “facebook” sosial şəbəkəsində elan olunub.
Aksiya Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmayıb. Aksiyaçılara qarşı su şirnağından və gözyaşardıcı qazdan istifadə edilib.


Teqlər:





Xəbər lenti