Göyərtə qrupunun “Dənizdə qadağa əməliyyatları” - VİDEO+FOTOLAR

Göyərtə qrupunun “Dənizdə qadağa əməliyyatları” -  VİDEO+FOTOLAR
  08 İyun 2019    Oxunub:4332
Bakıda NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Proqramı çərçivəsində Hərbi Dəniz Qüvvələrinin Ortaq Qüvvələr Birliyinə bəyan edilmiş Göyərtə qrupunun “Dənizdə qadağa əməliyyatları” üzrə NATO standartlarına uyğun 2-ci səviyyəli özünüqiymətləndirməsi (SEL-2) keçirilib.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, NATO-nun Nortvud Hərbi Dəniz Qərargahının nümayəndələrinin müşahidəsi ilə icra edilən SEL-2-in əsas məqsədi Ortaq Qüvvələr Birliyinə bəyan edilmiş Göyərtə qrupunun fəaliyyətinin və təchizatının Şimali Atlantika Alyansının standartlarına uyğunluğunu yoxlamaqdan ibarətdir. Keçirilən təlim eyni zamanda 2020-ci ildə 2-ci səviyyəli NATO qiymətləndirməsinə hazırlıq məqsədini daşıyır.









Azvision.az


Teqlər: MN   NATO  





Xəbər lenti