Yurçeviçin məğlubiyyət şərhi: “Bəxtimiz gətirmədi”

Yurçeviçin məğlubiyyət şərhi:    “Bəxtimiz gətirmədi”
  09 İyun 2019    Oxunub:2854
"Bu gün bizi dəstəkləmək üçün stadiona gələn azarkeşlərimizə təşəkkür edirəm. İlk 10-15 dəqiqədə həyəcanlı idik. Futbolçularım mübarizə apardılar. Oyunda müsbət məqamlar var idi, topa nəzarət əsasən bizdə idi"
Azvision.az xəbər verir ki, bu fikirləri futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç komandasının Macarıstana 3:1 hesabı ilə məğlub olduğu oyunla bağlı açıqlamasında bildirib.

Onun fikrincə, meydanda fərq standart vəziyyətlərlə bağlı idi ki, bu da oyunun taleyini həll edən məqam oldu:

"Bugünkü oyunda iki topu bu cür epizoddan buraxdıq. Xorvatiyadakı oyunda da rəqib bir qolu standard vəziyyətdən vurmuşdu. Əlbəttə, nəticədən razı deyiləm, amma futbolçularım daha yaxşısına layiq idi. Bir qədər də bəxtimiz gətirmədi. Fərqi azaltdıqdan dərhal sonra rəqibin qol vurmasına mane ola bilmədik. Macarıstan yığması oyun ərzində pressinq tətbiq etməklə bizim hücuma çıxmağımızı çətinləşdirdi. İkinci hissədə meydana daxil olan oyunçularımız oyunu bir qədər canlandırdılar. Ancaq vacib olan nəticəni qazana bilmədiyimizə görə məyusam".

Azvision.az



Teqlər: Yurçeviç   Milli  





Xəbər lenti