Pan Gi Mun: “Azərbaycanın sədaqətinə güvənirəm”

Pan Gi Mun: “Azərbaycanın sədaqətinə güvənirəm”
  26 Noyabr 2013    Oxunub:889
BMT-nin baş katibi Pan Gi Mun Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

AzVision.az xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli cənab prezident!

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edir, ən xoş arzularımı çatdırıram.

Əminəm ki, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığımız həm birbaşa BMT, həm də təşkilatın Azərbaycandakı nümayəndəliyi ilə gələcəkdə də davam etdiriləcəkdir. Mən Azərbaycanın BMT-nin dəyər və prinsiplərinə sədaqətinə güvənirəm.

Bu ilin oktyabr ayında Təhlükəsizlik Şurasının sədri kimi səmərəli fəaliyyətinə görə Azərbaycana təşəkkür edir və Birləşmiş Millətlər Təşkilatı ilə birgə sülh, təhlükəsizlik və davamlı inkişaf sahəsində qlobal çağırışların həllinə vacib töhfələrinizi yüksək qiymətləndirirəm”.


Teqlər:  





Xəbər lenti