“Qızıl pillə”dəki qız - FOTOSESSİYA

“Qızıl pillə”dəki qız - FOTOSESSİYA
  11 Mart 2013    Oxunub:6028
AzVision.az saytı unikal və maraqlı bir layihə təqdim edir – biz sizi Azərbaycan jurnalistikasının ən gözəl xanımları ilə tanış edirik. Gözəl olan onların təkcə qələmləri deyil!
On yeddinci qonağımız “Lider TV”nin cazibədar aparıcısı Zemfiradır.

Adıgözəlova Zemfira Nurəddin qızı martın 11-də Bakıda anadan olub.
Orta məktəblə yanaşı musiqi təhsili də alan Zemfira 7 il fortepiano sinfində oxuyub.
Atası musiqi müəlliməsi, anası jurnalist olmağını istəsə də Zemfira aktrisa olmaq arzusu ilə yaşayıb. Məhz bu arzu onu İncəsənət Universitetinin rejissorluq fakultəsinə gətirib.
Tələbəlik illərində o vaxtlar fəaliyyət göstərən “Sara TV”də çalışmağa başlayan Zemfira Adıgözəlovanın televiziya karyerası Aztv, daha sonra isə Lider-də davam etdirib.

“Həmişə seçilmişəm və seçilməyi də sevmişəm” deyən Zemfira Azərbaycanın ən seksual aparıcısı adlandırılmasını da bir özəllik hesab edir.

Elnur Abdulla

Qalereya




Teqlər:  





Xəbər lenti