Avtomobilin ehtiyat hissələri ucuzlaşıb

Avtomobilin  ehtiyat hissələri ucuzlaşıb
  26 Noyabr 2013    Oxunub:1913
Bu ilin oktyabr ayında Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki aya nisbətən 7,6%, 2012-ci ilin müvafiq dövrünə nisbətən isə 5,0% aşağı düşüb.

AzVision.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, , bu ilin oktyabr ayında mədənçıxarma sənayesi bölməsində istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 9,0%, metal filizlərinin hasilatı üzrə 0,6% ucuzlaşıb, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə 0,6% bahalaşıb.

Həmçinin, emal sənayesi bölməsində istehsalçı qiymətləri kimya sənayesi üzrə 2,9%, elektrik avadanlıqlarının istehsalı üzrə 2,6%, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 2,4%, kağız və karton istehsalı üzrə 2,0%, ağac emalı və ağacdan məmulatların istehsalı üzrə 1,6%, maşın və avadanlıqların quraşdırılması və təmiri üzrə 0,6%, dəri və dəri məmulatları, ayaqqabı istehsalı üzrə 0,3%, maşın və avadanlıqlardan başqa hazır metal məmulatların istehsalı, kompüter və digər elektron avadanlıqların istehsalı, maşın və avadanlıqların istehsalı, avtomobil və qoşquların istehsalı üzrə 0,1% ucuzlaşıb, tütün məmulatlarının istehsalı üzrə 10,0%, metallurgiya sənayesi üzrə 3,1%, toxuculuq sənayesi üzrə 3,0%, içki istehsalı üzrə 0,8%, qida məhsullarının istehsalı üzrə 0,7%, poliqrafiya fəaliyyəti üzrə 0,6%, geyim istehsalı və tikinti məmulatlarının istehsalı üzrə 0,3%, neft məhsullarının istehsalı üzrə istehsalçı qiymətləri 0,2% bahalaşıb

Ay ərzində elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsi və su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsi üzrə qiymət dəyişiklikləri müşahidə olunmayıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti