Gənc müğənnidən maraqlı mahnı – AUDİO

Gənc müğənnidən maraqlı mahnı – AUDİO
  26 Noyabr 2013    Oxunub:3396
Gənc müğənni Rəmal Rəsul yeni mahnısını dinləyicilərinə təqdim edib. `...Və sən getdin` adlı mahnı Azərbaycan estradası üçün bir qədər qeyri-adi sayıla bilər. Bunu AzVision.az-a açıqlamasında müğənni özü də təsdiqləyib.
- Həqiqətən də, proyektimiz qeyri-adi alınıb.- deyir Rəmal Rəsul.- Azərbaycan estradasında çox təəssüf ki, bir-birini təkrarlamaq ənənasi davam edir. Dediyiniz kimi, əgər bu mahnım indiki Azərbaycan estradasına xas mahnı deyilsə, nə xoş mənim üçün. Bu mahnının janrı haqqında onu deyə bilərəm ki, konkret olaraq heç bir populyar janra aid deyil. Mən, sadəcə olaraq, mahnını xəyalımda canlandırdığım kimi aranjıman edib, hiss etdiyim kimi oxumuşam. Yeri gəlmişkən, mahnının söz və musiqisi istedadlı bəstəkar Tural Bakuvinindir.

- Mahının qəhrəmanı necə bir adamdır? Yəni kimin dilindən səslənir?
- Ümumiyyətlə, mahnı oxunana qədər bəstəkarın, oxunandan sonra isə müğənninin dilindən səslənir. Düzdür, mən cibimə bir-iki manat qoyub, küçəyə çıxıb, evə qayıtmıram, amma oxuduğum bütün mahnılarda ruhumu canlandırdığım obraza, həmin əhvala kökləməyi bacara bilirəm. İnanın ki, bu, çox çətin və maraqlı bir hissdir.

- Mahnı kimlərə ünvanlanıb, yəni onun potensial dinləyicisi kimi kimləri görürsünüz?
- Əslində mən hamı üçün oxuyuram. Amma hiss etdiyim kimi oxumaq mənim haqqımdırsa, hiss etdiyi kimi başa düşmək də dinləyicinin ən təbii haqqıdır. Ümumilikdə isə, bu mahnının potensial dinləyiciləri, mənim fikrimcə, cavanlar və təkrar musiqilərdən yorulmuş insanlardır.

Nihadə




Teqlər:  





Xəbər lenti