İlham Əliyevin şərəfinə fəxri qarovul

  11 Mart 2013    Oxunub : 1031
İlham Əliyevin şərəfinə fəxri qarovul
Prezident İlham Əliyevin Zaqrebdə rəsmi qarşılanma mərasimi olub.
Xorvatiya Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Prezident Sarayının qarşısında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Xorvatiya Prezidenti İvo Yosipoviç Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.

Hərbi orkestrin ifasında Azərbaycanın və Xorvatiyanın dövlət himnləri səslənib.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xorvatiya əsgərlərini salamlayıb.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Xorvatiyanın dövlət və hökumət nümayəndələri Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Xorvatiya Prezidenti İvo Yosipoviçə təqdim olunub.

Prezidentlər rəsmi foto çəkdiriblər.

AzVision.az

Teqlər: