Metronun “Xətai” stansiyası avqustda açılacaq

  11 İyun 2019    Oxunub : 1296
Metronun “Xətai” stansiyası avqustda açılacaq
“Bakı Metropoliteni”nin “Xətai” stansiyası avqust ayında açılacaq.
Azvision.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov məlumat verib. O bildirib ki, hazırda stansiyada eskalatorların sazlanma prosesi gedir:

“Biz çalışırıq ki, “Xətai” stansiyasını mümkün qədər tez zamanda sərnişinlərin istifadəsinə verək. Tikinti-quraşdırma işləri yekunlaşmaq üzrədir. Eskalatorlar artıq quraşdırılıb. Avqust ayında stansiya yeni görkəmi ilə istifadəyə veriləcək”

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Metro   Xətai   Stansiya